Bazar ertəsi, 06 May

Jurnalistdən Şok ittihamlar: "Əli Həsənovun vatsap qrupunda olub ona buna torba tikənlər.."

image

Medianın İnkişafı Agentliyi onlayn mediaya dəstək layihəsi üzrə müsabiqənin nəticələrini açıqlayıb. Müsabiqənin qalibi 39 sayta maliyyə dəstəyi göstəriləcək. Qaliblərin elan olunması bir sıra jurnalistlər və media mənsublarının kəskin tənqidinə səbəb olub.

Jurnalist, vision.az saytının baş redaktoru Şöhrət Eldəniz öz sosial şəbəkə hesabında layihə ilə bağlı yönələn tənqidlərə cavab verib. O, ad çəkmədən bir sıra ittihamlar ünvanlayıb.

"MEDİA layihələr üçün elen etdiyi müsabiqə  yekunlaşdı. Və adlar açıqlandı.Qaliblərı təbrik edirəm. Qalib gəlməyənləri gələcəkdə uğurlar əldə etməsini arzulayıram. 

Bir-iki kəlmə deyəcək sözüm var. Müsabiqədən sonra tənqid və təriflərin olmasi təbiidir. Amma edilən tənqidlərin dozası və iftirası səviyyə dərəcəsindən asılı olduğunu nəzərə alaraq deyim ki, KİVDF-nin və Əli Həsənovun əl altısı olan bəzilərinin bu gün çıxıb da qalib gələnləri onun adamı olmaqda ittiham etməsi gülüncdür. Mətbuat aləmində məni tanıyanlar bilir ki, ömrümün 30 ilini televiziyaya və yazılı mətbuata həsr edən biri kimi, düz 15 ili Əli və KİVDF-nin şayqası ilə mübarizə apardım. Və buna görə duz 15 il məni ciddi mətbu orqanlarda və telekanallarda işləməyimə yasaq qoyuldu.

1 ildir ki, mətbuatda elan olunan islahatlar çagrişindan sonra yenidən bu sahəyə qayıtdım. Və durmadan televiziya və yazılı mətbuatda medianın inkişafı və aparılan islahatlara öz təkliflərimi verməklə yanaşı tənqidi fikirlərimi də ardıcıl və çəkinmədən dedim və deyirəm. Və özümə söz vermişəm bu cür sona qədər davam edəcəyəm. Deməyim nədir. Əli Həsənovun vatsap qrupunda olub ona buna torba tikən, sağlam və tənqidi jurnalistikanı, reket və söyüş jurnalistikasına çevirənlər bu gün çıxıb duzlukdən, qalib gələn saytları Əlinin, Vüqarın adına bağlamaqdan danışanlar əvvəlcə girdikləri ciblərdən çıxsınlar sifətlərini dəqiq tanıyaq sonra mənə söz atsınlar. Onlar kimlərinsə cibindən söz ata bilər amma mən birbaşa üzlərinə deyə bilərəm və deyirəm də. 

Bir daha bəyan edirəm. MEDİA-nin elan etdiyi layihə barədə ilk gündən tənqid və təklif verənlərdən bəlkə də birincisi mən olmuşam. Əksər telekanallarda və yazılı media da açıqlamam, çıxışlarim və yazılarım var. Və bu gün adımın çıxacağına əslində heç ümidim də yoxuydu. Amma MEDİA-nın mənə qarşı tutulduğu obyektiv mövqe ümumilikdə bu sahədə aparılan islahatların uğuruna məndə çox boyük ümid yaratdı. Əminəm ki, başlanılan iş tam ciddiliyi ilə davam edib məntiqi nəticəyə çatacaq. Və Azərbaycan mediası dərindən nəfəs ala biləcək."

Qeyd edək ki, Medianın İnkişafı Agentliyinin veb-saytlar üçün elan etdiyi layihə müsabiqəsinin qalibləri arasında jurnalistin rəhbərlik etdiyi visiontv.az saytı da yer alıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15